Menu

Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi olub

12.06.2025, 16:04
Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi olub

İstanbulda keçirilən danışıqlardan sonra əldə olunan razılaşmaya əsasən, Rusiya və Ukrayna arasında üçüncü dəfə əsir mübadiləsi baş tutub.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.

O,ağır yaralı ukraynalı hərbçilərin vətənlərinə qayıtdığını bildirib. 

“Bu gün Silahlı Qüvvələrimizin, Milli Qvardiyanın və Sərhəd Mühafizə Xidmətimizin döyüşçüləri evlərinə döndülər,” – deyə Zelenski sosial şəbəkədə yazıb.

Qeyd edək ki, əsir mübadiləsi Türkiyənin ev sahibliyi etdiyi İstanbulda aparılan sülh danışıqlarından sonra əldə olunan razılaşmalar çərçivəsində gerçəkləşib. Həm Rusiya Müdafiə Nazirliyi, həm də Ukrayna tərəfi mübadiləni təsdiqləyib.

Bu, müharibə başlayandan bəri tərəflər arasında həyata keçirilən üçüncü əsir mübadiləsidir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol