Menu

Azərbaycanda daha 12 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

12.06.2025, 17:46
Azərbaycanda daha 12 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

İyulun 29-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı 5-ci dəfə 50 % endirimlə təkrar hərrac keçirəcək.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 45 min manat olan 12 nəqliyyat vasitəsi çıxarılacaq.

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

Şərhlər

Loğman 2025-06-12 19:34:00

Ətraflı məlumatınız yarımçıq və mənasızdır. Çünki avtombillərin fərdi qiymətəri göstərilməyib.Vətəndaş necə seçim edə bilər?Məgər bunu göstərmək çətin məsələimiş? Məlumat tam verilməlidir ki,vətəndaş seçim edə bilsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol