Menu

Qəzaya uğrayan təyyarədə sabiq baş nazir də olub - FOTO

12.06.2025, 17:53
Qəzaya uğrayan təyyarədə sabiq baş nazir də olub - FOTO

Xəbər verildiyi kimi, Hindistanın qərbində yerləşən Ahmedabad şəhərində  "Air India" hava yollarına məxsus "Boeing 787-8 Dreamliner" sərnişin təyyarəsi uçuşdan cəmi 5 dəqiqə sonra qəzaya uğrayıb.

"AzPolitika" xəbər verir ki, təyyarədə 242 sərnişin və ekipaj üzvü olub. Onların arasında Qucarat ştatının sabiq baş naziri Vicay Rupani də olub.

Qəzaya uğrayan təyyarədə olan sabiq baş nazir Vicay Rupaniyə aid qəza anından bir neçə dəqiqə əvvəl çəkilmiş son foto sosial mediada yayılıb. Fotoda sanitar maska taxmış bir qadının selfi çəkdiyi görünür, arxa planda isə Rupani əks olunub.

Qeyd edək ki, Rupani 2 avqust 1956-cı ildə Myanmada anadan olub. O, 2016–2021-ci illərdə Hindistanın Gujarat ştatının 16-cı baş naziri vəzifəsində çalışıb. Bharatiya Canata Partiyasının (BJP) aparıcı simalarından biri olan Rupani siyasi karyerası boyunca Rackot West bölgəsini təmsil edib və müxtəlif nazirlik vəzifələrində fəaliyyət göstərib.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol