Menu

Pakistan Baş naziri Hindistana başsağlığı verib

12.06.2025, 18:07
Pakistan Baş naziri Hindistana başsağlığı verib

Pakistan Baş naziri Şahbaz Şərif Əhmədabadda “Air India” sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Hindistana başsağlığı verib.

“Report” xəbər verir ki, bu barədə Şahbaz Şərif “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu gün Əhmədabad yaxınlığında baş verən “Air India” şirkətinə məxsus təyyarənin faciəvi qəzasından kədərləndim. Həlak olanların ailələrinə başsağlığı veririk. Dualarımız bu faciədən təsirlənən hər kəslədir", - o yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol