Menu

Azərbaycanda orta aylıq əmək haqqı 9 %-dən çox artıb

13.06.2025, 13:05
Azərbaycanda orta aylıq əmək haqqı 9 %-dən çox artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 9,2 % artaraq 1 100,6 manat təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bu il mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 771,7 min nəfər olub, onlardan 876,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,5 %-i təhsil, 13,7 %-i sənaye, 8,5 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 %-i tikinti, 6,3 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,9 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 %-i maliyyə və sığorta fəaliyyəti, 14,9 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Şərhlər

Murad 2025-06-13 16:04:14

Ölkədə baş verən bahaaşma tendesyası qarşısında 9 faiz hansı dərdə dərman olar?Belə düşünülmmiş məlumatlarla xaqı qıcıqlandırmanın mənası nədir7Bahaaşma 45-70 faiz artım 9% (hələ əgər bu doğrudrsa )-in nə verdiyni(kasblaşma ) düşünən hakimiyyət niyə görünmür?

Elşən 2025-06-13 13:46:23

Azərbaycanda bəzi ərzaq kamunal yanacaq yol pulu 50% artır amma az miqdarda müf yiyənlərin əmək haqqıdır 9% artıb amma işləyib büdcəni dolduran dənizçilər , gəmiçilər , dəmir yolu, metro işçilərinin əmək haqqı heç bir qəpik də artmayıb bu necə olur belə vicdansızlıq olar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol