İyunun 14-də Bakının “Badamdar Biznes & Residence Complex”in Zalında Vəhdət Partiyasının növbədənkənar VI Qurultayı keçirilib. Qurultayda ölkənin bütün rayonlarından seçilmiş 510 nümayəndə, eləcə də təxminən 50-60 ictimai-siyasi qonaq iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Gündəlikdəki məsələlər üzrə çıxışlar zamanı bütün nümayəndələrə fikirlərini sərbəst və açıq ifadə etmək imkanı yaradılıb.

Qurultayın əsas qərarı ilə Adəm İsmayıl Bakuvi tam səs çoxluğu ilə, açıq səsvermə yolu ilə partiyanın yeni sədri seçilib. Yeni sədr Qurultay qarşısında öz siyasi platformasını və Vəhdət Partiyasının strateji hədəflərini təqdim edib.

Tədbirin sonunda Qurultay nümayəndələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul etdilər. Bu müraciətdə dövlət başçısının apardığı siyasətə dəstək ifadə olundu və milli birliyə çağırış yer alıb.

Qurultay Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə yekunlaşıb.