İsrailin İran ərazisində həyata keçirdiyi genişmiqyaslı hava zərbələri nəticəsində bir sıra strateji obyektlər hədəf alınıb.
“Mehr” agentliyi bildirir ki, ölkənin şimal-qərbində yerləşən Təbriz şəhərində güclü partlayışlar baş verib. İlkin ehtimallara görə, İsrail aviasiyası şəhərdəki neft emalı zavoduna və beynəlxalq hava limanı yaxınlığında yerləşən Şəhid Fəkuri hərbi bazasına zərbələr endirib.
Qeyd edək ki, adıçəkilən obyektlər bundan əvvəl – iyunun 13-də – İranın “Şir kimi insanlar” adlandırdığı cavab əməliyyatı zamanı da İsrailin hədəfində olub.
Bundan başqa, Təbrizin cənubunda yerləşən Marağa bölgəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat bazasının yaxınlığında da hava hücumundan müdafiə sistemləri atəş açıb. Bu da bölgədə hərbi aktivliyin davam etdiyini göstərir.
İranın yarırəsmi “Fars” xəbər agentliyinin məlumatına görə, ölkənin qərbindəki digər strateji bölgələr - Xürrəmabad və Kirmanşah şəhərləri də partlayışların episentri olub. Hər iki şəhər İranın raket və hərbi sənaye infrastrukturu baxımından önəmli mövqedədir. İsrailin zərbələrinin əsas hədəflərindən biri də bu raket obyektləri və potensial nüvə proqramı ilə əlaqəli qurğular hesab olunur.
“AzPolitika.info”


Şərhlər