Menu

AZAL-ın bu günə planlaşdırılan bir sıra reysləri ləğv olunub

16.06.2025, 14:53
AZAL-ın bu günə planlaşdırılan bir sıra reysləri ləğv olunub

Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin 16 iyun 2025-ci il tarixində həyata keçirilməsi planlaşdırılan aşağıdakı reyslər ləğv olunub:

  • Bakı – Dammam – Bakı (J2 8205/8206)
  • Bakı – Bəhreyn – Bakı (J2 505/506)
  • Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)
  • Bakı – Lahor – Bakı (J2 145/146)
  • Bundan əlavə, aşağıdakı istiqamətlər üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib:

  • 18 iyun – 30 iyun tarixlərində Bakı – Təl-Əviv – Bakı
  • 19 iyun – 30 iyun tarixlərində Bakı – Tehran – Bakı
  • Ləğv edilmiş və ya dayandırılmış reyslər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin cəriməsiz dəyişdirilməsi hüququna malikdirlər. Bununla bağlı sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

    Şərhlər

    Telegram-da bizə qoşulun
    Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
    Abunə ol