Bu gecə İran ordusu İsraildəki hədəflərə yeni raket zərbələri endirib. Bu İranın doqquzuncu zərbə dalğasıı hesab olunur. 

"AzPolitika" xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi məlumat yayıb

Qeyd edək ki, dünən axşam hücum başlamazdan əvvəl  İslam İnqilabı Keşikçiləri Korpusunun (İranın Silahlı Qüvvələrinin elit bölmələri - SEPAH) nümayəndəsi Əli Məhəmməd Naini bildirib ki, İranın Silahlı Qüvvələri İsraildəki hədəflərə səhərə qədər davam edəcək.

"Bir neçə dəqiqə əvvəl "Doğru vəd 3" əməliyyatının doqquzuncu dalğası başlayıb. Bu, raketlər və pilotsuz təyyarələrdən istifadə edilən birləşmiş hücumdur. Əməliyyat səhərə qədər davam edəcək", - agentlik onun sözlərini sitat gətirib..

İsrailə qarşı nə qədər raket atıldığı açıqlanmayıb.