Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində 1077 rus hərbçisini öldürüb.

"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda son sutkda məhv edilən rus hərbi texnikalarının siyahısı da dərc edilib.

Həmin siyahını təqdim edirik:

- Tank - 7 ədəd;

- Zirehli döyüş maşınları - 31 ədəd;

- Artilleriya sistemləri - 37 ədəd;

- MLRS - 1 ədəd;

- PUA - 184 ədəd;

- Qanadlı raketlər - 23 ədəd;

- Hərbi nəqliyyat vasitəsi - 137 ədəd.

"AzPolitika.info"