Çin ən azı üç "Boeing 747" yük təyyarəsinin "aldadıcı" marşrutla İrana göndərildiyini bildirir.

"AzPolitika" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Telegraph" nəşri məlumat yayıb.

Məlumata görə, iyunun 13-də İsrailin İrana zərbə endirməsindən bir gün sonra yük təyyarəsi Çindən havaya qalxıb. İkinci təyyarə isə bir gün sonra sahil şəhərini tərk edib. Ötən günlərdə daha bir təyyarə Şanxaydan yola düşüb.

Qeyd olunub ki, təyyarələr İslam Respublikasının İsraillə müharibəsində ehtiyac duyduğu silahların daşınması üçün istifadə oluna bilər.

"AzPolitika.info"