Ermənistan Baş naziri Nikol Paşinyan son zamanlar erməni Apostol kilsəsi və milyarder Samvel Karapetyanın, eləcə də digər müxalif qüvvələrin hökumətə qarşı yürütdüyü fəaliyyətlərə və bəyanatlara münasibət bildirib.

“AzPolitika” xəbər verir ki, erməni mediasının yazdığına görə, Paşinyanın hakim komandasının üzvləri Samvel Karapetyanın hökuməti hədələyən bəyanatını Rusiyanın Ermənistana qarşı başlatdığı hibrid müharibənin tərkib hissəsi kimi dəyərləndiriblər. 

Paşinyan isə bununla bağlı suala cavab verərkən deyib: “Mənim Rusiya Prezidenti və hökumətinin başçısı ilə qarşılıqlı etimada əsaslanan çox sıx işgüzar münasibətlərim var. Mən Kremlin və ya Rusiya hökumətinin Ermənistana qarşı bu cür addımlar ata biləcəyinə inana bilmirəm. Amma buna baxmayaraq, Rusiyada bu cür müəyyən dairələrin olması ehtimalını da istisna etmirəm. Əminəm ki, konkret halda bu hibrid hərəkətlərin və müharibənin arxasında başqa ölkələrdəki dairələr də dayanır".

Paşinyan özünün həm “hibrid riskləri”, həm də digər riskləri idarə etmək imkanına malik olduğunu da əlavə edib.

“AzPolitika.info”