Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə inşa edilən "Azərbaycan məhəlləsi" ilə bağlı paylaşım edib.
"Report" xəbər verir ki, Prezident "X" sosial media hesabında etdiyi paylaşımda zəlzələ bölgəsində salınan məhəllədəki mənzillər və digər infrastruktur barədə məlumat verib.
Onun sözlərinə görə, məhəllədə 49 056 iş və yaşayış yeri inşa olunub.
Ərdoğan qeyd edib ki, bununla da zəlzələdən sonra təhvil verilən mənzil sayı 250 minə çatıb.
Bugün deprem bölgemizde, aralarında Can Azerbaycan’ın desteğiyle hayata geçirilen Azerbaycan Mahallemizdeki konutların da yer aldığı 49 bin 56 iş yeri ve konutu hak sahibi kardeşlerimize teslim ediyoruz.
— Recep Tayyip Erdoğan (@RTErdogan) June 19, 2025
Böylece teslim ettiğimiz toplam konut sayısını 250 bine yükseltiyoruz. pic.twitter.com/UUhfQs2QLH


Şərhlər