Menu

Bakıda binanın damında inşa olunan hovuz sökülüb - FOTOLAR

19.06.2025, 11:54
Bakıda binanın damında inşa olunan hovuz sökülüb - FOTOLAR

Azadlıq prospekti 13 ünvanında çoxmərtəbəli yaşayış binasının damında qanunsuz olaraq hovuz və tikili inşa edilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Mətbuat Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən dərhal tədbirlər görülüb.

"Belə ki, sözügedən binanın damında qanunsuz tikililərin sökülməsi istiqamətində işlərə başlanılıb. Qeyd edək ki, bu qanunsuz tikililər binanin dam örtüyü və konstruksiyası üçün ciddi təhlükə yaradıb", - məlumatda vurğulanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol