Menu

Sumqayıtda tekstil fabriki yanır

19.06.2025, 11:56
Sumqayıtda tekstil fabriki yanır

Sumqayıtda tekstil müəssisəsində yanğın baş verib.

Hadisə Sülh prospektində yerləşən tekstil istehsalı ilə məşğul olan fabrikdə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi, təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər aparılır.

İlkin məlumata əsasən, yanğının yaranmasına səbəb kimi pambıq tullantılarının alışması göstərilir.

Faktla bağlı araşdırma gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol