İran mediasının yaydığı məlumata görə, Tehranda İsrailin xarici kəşfiyyat xidməti “Mossad”a işləyən muzdlu şəxslər saxlanılıb.
Xəbərlərə görə, saxlanılan şəxslər paytaxt yaxınlığında yerləşən Şahriyar şəhəri istiqamətində pilotsuz uçuş aparatları (PUA) buraxmağa cəhd ediblər. İran təhlükəsizlik qurumları həmin şəxslərin ölkədə sabitliyi pozmaq və kəşfiyyat məlumatları toplamaq məqsədilə fəaliyyət göstərdiklərini iddia edir.
Hadisə ilə bağlı rəsmi Tehranın əlavə açıqlama verməsi gözlənilir. Qeyd edək ki, İsrail və İran arasında davam edən gərginlik fonunda bu cür qarşılıqlı ittihamlar və casusluq qalmaqalları artmaqdadır.
"AzPoıitika.info"



Şərhlər