İsrail Baş naziri Benyamin Netnyahunun sosial şəbəkələrdə yayılan bir görüntüsü müzakirələrə səbəb olub.
“AzPolitika” xəbər verir ki, Tel-Əvivdə ballistik raketlə vurulan və çökən binanın qarşısında danışan Netanyahunun üzündəki qorxu ifadəsi kameraların diqqətindən yayınmayıb.
Çıxışı zamanı çökmüş binanın fonunda danışan Netanyahunun sərgilədiyi qorxu dolu baxışlar sosial şəbəkələrin İran seqmentindən “qisasın təsiri” kimi qəbul olunub.
Baş nazirin bu halı İsrailin daxili ictimai rəyində də fərqli reaksiyalara səbəb olub.
“AzPolitika.info”

Şərhlər