Menu

Əraqçıya qarşı sui-qəsd cəhdi olub - Qarşısı alınıb

20.06.2025, 13:28
Əraqçıya qarşı sui-qəsd cəhdi olub - Qarşısı alınıb

İran Xarici İşlər naziri Abbas Əraqçıya qarşı sui-qəsd cəhdi olub.

"AzPolitika" xəbər verir ki, bu barədə onun müşaviri Məhəmmədhüseyn Rənçbəran sosial media hesabında paylaşım edərək məlumat verib.

Paylaşımda qeyd olunub ki, Əraqçıya qarşı planlaşdırılan sui-qəsd cəhdi son anda təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə uğursuzluğa düçar olub. 

Rənçbəran bildirib ki, bir neçə gün əvvəl İsrail tərəfindən Tehranda həyata keçirilməsi planlaşdırılan böyük bir sui-qəsd və təxribatın qarşısı vaxtında görülən tədbirlər sayəsində alınıb.

“Əgər təhlükəsizlik qüvvələrimizin gördüyü tədbirlər olmasaydı, bəlkə də bu böyük plan artıq həyata keçmiş olacaqdı”, – deyə o bildirib.

O, sui-qəsind təfərrüatları ilə bağlı əlavə məlumat verməyib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol