Rusiya öz agentləri vasitəsilə bir neçə dəfə Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsdə cəhd edib. Bunlardan biri Polşanın Jeşuv şəhərində baş verib.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin(SBU) rəhbəri Vasili Malyuk jurnalistlərlə görüşü zamanı deyib. Onun sözlərinə görə, Polşa Daxili Təhlükəsizlik Agentliyi (ISA) sui-qəsdin qarşısını almağa kömək edib.
Onun dediyinə görə, sui-qəsdi təqaüddə olan polşalı hərbçi həyata keçirməli idi.

SBU rəhbəri əlavə edib ki, Rusiya agenti olan bu şəxs Zelenskiyə sui-qəsd cəhdinin iki variantını nəzərdən keçirib: "FPV pilotsuz uçuş aparatı və ya snayper kompleksindən istifadə etməklə. Lakin sonda rus agentinin planları alt-üst olub və o, SBU və Polşa xüsusi xidmət orqanları tərəfindən saxlanılıb".
Bu, Ukrayna Prezidentini öldürmək üçün yeganə cəhd deyil.
Malyukun dediyinə görə, digər sui-qəsdi Dövlət Təhlükəsizliyi Xidmətinin polkovniki təşkil edib. Onlar Zelenskiyə sui-qəsdi məhz Prezident Aparatının ərazisində həyata keçirmək istəyirdilər: "Bizim tərəfimizdən bu, çox çətin iş idi. Biz bununla demək olar ki, iki ilə yaxın idi, əslində müharibə başlayandan məşğul idik. Biz bu qruplaşmaya nüfuz etmək üçün güclü kəşfiyyat və texniki iş aparmışdıq. Onlar prezidentə sui-qəsd cəhdindən əlavə, məlumat toplayıb, ötürürdülər”.
Malyukun dediyinə görə, həmin qrup həm də Ukrayna Hərbi Kəşfiyyatının başçısı Kirill Budanovu və Malyukun özünü öldürməyə hazırlaşırmış.
“AzPolitika.info”

Şərhlər