Ötən il Paşinyan hakimiyyətinə qarşı kütləvi aksiyalar keçirmiş və hazırda da hökumətlə qarşıdurmada olan keşiş Baqrat Qalstanyan həbs edilib.

“AzPolitika” xəbər verir ki, erməni mediasının yazdığına görə, “Müqəddəs mübarizə” adlı hərəkata başçılıq edən Qalstanyan və onun bir neçə tərəfdarı saxlanılıb. Onu yaşadığı ünvandan çıxarıb, aparıblar.

Həmçinin, Daşnaksütyun partiyasının Ali Şurasının üzvü İqor Sarkisyan mənzilində axtarış aparıldıqdan sonra həbs edilib.

İrəvanda aparılan genişmiqyaslı axtarışlar çərçivəsində həmçinin, Qarabağdakı keçmiş qondarma qurumun “deputatı” David Qalstyan saxlanılıb.

Ermənistan mediası onu da xəbər verir ki, ölkədə hökumət saytlarına kiberhücum hazırlanır.

“AzPolitika.info”