Menu

Ukrayna kəşfiyyatından daha bir uğurlu əməliyyat – 4 ədəd Su-34 qırıcısı məhv edildi

28.06.2025, 12:03
Ukrayna kəşfiyyatından daha bir uğurlu əməliyyat – 4 ədəd Su-34 qırıcısı məhv edildi

Ukrayna Rusiya hərbi aviasiyasına qarşı növbəti uğurlu əməliyyat keçirib.

"AzPolitika" xəbər verir ki, Volqoqrad vilayətində yerləşən "Marinovka" aerodromunda 4 ədəd Su-34 çoxfunksiyalı döyüş təyyarəsi dron zərbələri ilə məhv edilib. Əlavə olaraq, aerodromun texniki istismar sahəsi də yandırılıb.

Əməliyyat Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Xüsusi Əməliyyat Qüvvələri tərəfindən birgə həyata keçirilib.

Rusiya mənbələri də hadisəni təsdiqləyib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol