Bakının Binəqədi rayonu, "Baksol yolu" adlanan ərazidə kanalizasiyaya düşən gəncin meyiti tapılıb.
“Report”un əldə etdiyi məlumata görə, onun meyiti Hövsan qəsəbəsinin ərazisində aşkar olunub.
Qeyd edək ki, hadisə iyunun 26-da baş verib, 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o, kanalizasiya kollektoruna düşüb.


Şərhlər
Çox təəssüf edirəm ki , Azərsuda heç bir nəzarət yoxdur. Bu təşkilatın böyük əksəriyyət əməkdaşları istədikləri özbaşınalığı baş alıb gedir. Dəfələrlə qaynar xəttə müraciət etmişəm və müraciətim elə baxılmadan qalıb. Bu qurumun tam şəkildə fəaliyyəti DTX tərəfindən yoxlanılması zəruri hesab ediləndir. Bu qurumun işçiləri ətrafında kompleks əməliyyat-axtarış tədbirləri həyata keçirmək lazımdır. İctimaiyyətə müraciət edərək bu qurumun "QURBANLARI" dəvət olunmslı və ətraflı araşdırmalar aparılmalıdır