Menu

İran aylar ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər - Qrossi

29.06.2025, 08:09
İran aylar ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər - Qrossi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi hesab edir ki, İran nüvə proqramının bəzi komponentlərini saxlayıb və bir neçə ay ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər.

“Report” xəbər verir ki, bu barədə Qrossi “CBS” teleşirkətinə müsahibəsində danışıb.

ABŞ və İsrailin zərbələrindən sonra İranın nüvə proqramının hansı komponentlərini saxladığı barədə danışan Qrossi deyib:

“Düzünü desəm, hər şey yoxa çıxıb və heç nə qalmayıb deyə bilməzsiniz. Aydındır ki, ciddi ziyan vurulub, amma birincisi, bu, tam zərər deyil. İkincisi, İranın potensialı var. Sənaye və texnoloji potensialı var. Əgər istəsələr, bu işə yenidən başlaya bilərlər”.

Şərhlər

Bəhi 2025-06-29 17:53:24

BAEA, Baş Direktoru Cənab Rafael Qrossi dünyadakı digər nüvə obyektləri və lab-mərkəzlərinin təhlükə göstəriciləri haqqında məlumatlıdırmı? Ermənistan AES, yaxın qonşu RF və İranın, eləcə də dost-ilişğili İsrailin nüvə-radiasiya göstəriciləri, habelə *Akkuyu* qövşaqlarının ən yüksək təhlükə və faktiki radiasiya göstəriciləri Azərbaycan və vətəndaşları üçün zəruri göstəricilər deyilmi?

Bəhrami 2025-06-29 08:39:05

Bombardmnçı ABŞın Prezidenti *İranın nüvə mərkəzlərini tam məhv etdiklərini*, BAEA Baş Direktoru isə *İran istəsə (ehtimal ki, mərkəzlərin zərərsizləşdirilmə və bərpasından sonra?) nüvə proqramına davam potensialı var* bəyan ediblər. Ətraf dünya sakinləri ilkən radiasiyadan rahatsızdırlar!? Diğər tərəfdən, hansı dövlət nüvə proqramını ABŞ, ya İsrailin icazələri ilə qurub? Belə görünür-ABŞ İrana yardım edə bilər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol