Rusiyada azərbaycanlılara qarşı dövlət terroru törədilib.
“Report” xəbər verir ki, bunu Türkiyə – Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri professor Aygün Attar sosial şəbəkədə yazıb.
“Rusiyada dövlət əli ilə azərbaycanlılara qarşı terror törədilib, iki qardaş qətlə yetirilib”, – o qeyd edib. Professor baş verənləri Stalin metodları ilə müqayisə edib: “Stalin dövründə tətbiq edilən metodlarla “pantürkist, panislamist” ovu ilə məşğul olan faşist Putin hakimiyyətini pisləyirik”.
“Türk qətliamını dayandırın!”, – o vurğulayıb.


Şərhlər
Bəli bunun adı gerçəkdən də türk qətliyamıdır. Amna bunu öz adı ilə adlandıran cəsarət sahubləri yoxdur.Yeni dünya düzənində hər kəs öz millətinin və dövlətinin hayında olmalıdır. Qorxmaq və susmaq zamanı deyil.