Menu

İsrail Qəzzadakı qaçqın düşərgəsini bombaladı - Xeyli sayda dinc insan ölüb və yaralanıb

30.06.2025, 10:33
İsrail Qəzzadakı qaçqın düşərgəsini bombaladı - Xeyli sayda dinc insan ölüb və yaralanıb

İsrail ordusu Qəzzadakı Cəbəliyyə qaçqın düşərgəsini bombalayıb. 

"AzPolitika" Türkiyə mediasına istinadən xbər verir ki, soyqrımçı ordunun dinc insanlara hücumu nəticəsində azı 18 nəfər qətlə yetirilib, onlarla insan yaralanıb.

Məlumatda bildirilir ki, işğalçılar məcburi köçkünlərin sığındığı məktəb binasına artilleriya atəşi açıb.

Bundan əvvəl də Qəzzanın cənub-şərqindəki Həyy Zeytun və Həyy ət-Tuffəh bölgələrinin atəşə tutulması nəticəsində daha 4 fələstinli həlak olub.

Səhər saatlarından etibarən Fələstin Dövlətinin ərazisində İsrail ordusunun hava hücumları və top atəşləri nəticəsində ümumilikdə 68 nəfər həlak olub.

Şərhlər

Elxan 2025-06-30 11:20:13

İsrail dinc sakinləri öldürmür,həmas terrorçularına ağlınız getməsin.Ermənini XİN rəhbəri təyin edən,daima hayları dəstəkləyən terrorist fələstin ərəblərin dərdi sizi öldürəcək

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol