Menu

“Vaşinqton hücumdan öncə İrana xəbərdarlıq edib” - Duqlas Makqreqor

30.06.2025, 11:21
“Vaşinqton hücumdan öncə İrana xəbərdarlıq edib” - Duqlas Makqreqor

ABŞ İrana hücumdan iki saat əvvəl Tehrana xəbərdarlıq edib. 

Bunu ABŞ müdafiə nazirinin sabiq müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor deyib.

O, “X” hesabında paylaşım edərək yazıb:“ABŞ nüvə obyektlərinə zərbə endirməzdən iki saat əvvəl hücumun baş verəcəyi ilə bağlı İrana xəbərdarlıq edib”.

Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranda Fordo, Natanz və İsfahan da daxil olmaqla üç nüvə obyektinə zərbələr endirib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol