Slovakiyanın Baş naziri Robert Fitso Ukrayna Prezidenti Volodimir Zelenskinin ona nifrət etdiyini və sonuncu ilə danışıqlar aparmağı planlaşdırmadığını deyib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, rusiyayönlü mövqeyilə seçilən Fitso Zelenski ilə görüşü mənasız hesab etdiyini deyib: “Prezident Zelenski ilə görüşümün mənası yoxdur, çünki o, mənə nifrət edir. Mənim üçün Ukraynanın Baş naziri Denis Şmıqalla ünsiyyət qurmaq daha vacibdir. Mən Ukrayna prezidenti ilə görüşün mənasını görmürəm. Mən Slovakiyanın baş naziriyəm və mənim vəzifəm onu etməkdir ki, Slovakiyada Ukrayna üzündən daha yüksək qaz qiymətləri olmasın”.
Fitso Slovakiya Prezidenti Peter Pelleqrininin Ukraynaya səfər etmək və Zelenski ilə görüşmək planından da danışıb. O vurğulayıb ki, Pelleqrininin Ukraynada hər hansı saziş bağlamaq səlahiyyəti yoxdur və bu, sadəcə olaraq simvolik səfərdir.
“AzPolitika.info”

Şərhlər