Azərbaycanla Rusiya arasında məlum səbəblərdən yaranan gərginlik getdikcə artmaqdadır. Rusiya mətbuatında Azərbaycana qarşı qaralama kampaniyası yer alarkən, ölkəmizə qarşı hansısa iqtisadi sanksiyaların tətbiqi barədə də məlumatlar yayılmaqdadır.
“AzPolitika” xəbər verir ki, Rusiya xüsusi xidmət orqanlarına yaxınlığı ilə tanınan “Kremlyovskaya tabakerka” kanalının yazdığına görə, Moskva və Bakı arasında ikitərəfli münasibətlərin pisləşməsinə cavab olaraq, Rusiya hakimiyyəti Azərbaycandan spirtli içkilərin idxalına qadağa qoymağı nəzərdən keçirir.
Xəbərdə deyilir ki, qadağa Azərbaycandan gətirilən bütün növ şərab və konyaklara şamil oluna bilər.
“AzPolitika.info”


Şərhlər
Hörmətli az.politika rəhbərliyi, mənim 40 yaşım var, amma amma gəzməyə hansısa dağ rayonlarında istirahət etməyə imkanım yoxdur.xahiş edirəm məni 1-həftəlikdə olsa rayona yollayın,
Azərbaycanda da spirtli içkilərin və tütün məmulatlarının satışı qadağan edilsin. Azərbaycanda az təminatlı ailələrə pulsuz 1aylıq istirahət etmək üçün şərait yaradılsın