Menu

Rusiyada "Su-27" hərbi təyyarəsi qəzaya uğrayıb

01.07.2025, 16:27
Rusiyada "Su-27" hərbi təyyarəsi qəzaya uğrayıb

Rusiya Federasiyasının Nijni Novqorod vilayətində "Su-27" tipli hərbi qırıcı təyyarə qəzaya uğrayıb. 

Qəza Kulebaki şəhəri yaxınlığında baş verib.

Bildirilib ki, təyyarədəki iki pilot katapult etməyə müvəffəq olub. Onlardan biri tapılıb, digəri isə hələ axtarılır.

Rus KİV-lərinin məlumatına görə, qəzanın səbəbləri araşdırılır.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub, təyyarənin tamamilə dağıldığı bildirilir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol