Menu

Ukraynada partlayışlar olub, ölən və yaralananlar var

02.07.2025, 23:24
Ukraynada partlayışlar olub, ölən və yaralananlar var

Ukraynanın Jitomir şəhəri yaxınlığındakı magistral yolda iki partlayış baş verib.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Jitomir vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Buneçko bildirib.

"M-06 şossesinin Jitomir yaxınlığındakı Berezina qəsəbəsində iki partlayış baş verib. İki nəfərin öldüyünü, 15 nəfərin yaralandığını təsdiqləyə bilərik", - Buneçko qeyd edib.

O, partlayış nəticəsində fərdi yaşayış evlərinin də zərər çəkdiyini vurğulayıb. Zərərçəkənlərə yardım göstərilib. Magistral avtomobillərin minimal hərəkəti ilə təmin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol