Menu

Pezeşkian bu gün Xankəndidə keçiriləcək sammitdə iştirak edəcək

04.07.2025, 09:08
Pezeşkian bu gün Xankəndidə keçiriləcək sammitdə iştirak edəcək

İran Prezidenti Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) sammitində iştirak edəcək.

Bu barədə İran prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Mehdi Sənayi bildirib.

O qeyd edib ki, Pezeşkianın Azərbaycanda bir sıra dövlət başçıları, o cümlədən Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan ilə ikitərəfli görüşlər nəzərdə tutulub.

Şərhlər

Cəmşid Dərələyəzli 2025-07-04 10:24:09

İranda son Prezident seçgisindən sonra sayın Pezeşkiyanının prezident seçilmesinə və onun seçim əsnasında çıxışlarındakı ümid saçan parıltıları sezdik və çox sevindik. Bu ən çox da, seçgi marafonu dövründə mövcud İran rejiminin xislətindən qorxmayıb, ilk çıxışlarınıda türkcə müsahibə verib, özünün türk oğlu türk olmasını bəyan etməsində özünü büruzə verdi. Buyurun bu da davamı. Əslində dünyanın indiki qloballaşan dövründə, İran ona qarşı artan təziqlərin fonunda İran Prezidentinin səsləndirdiyi bu fikirlərə indi onun daha çox ehtiyacı var və İran bilməldir ki, onun qurtuluşu məhz bu siyasətdən, yəni Türk Dövlətlər Birliyinə üz olmaqdan keçir. Bu baxımdan Pezeşkiyanın bu günlərdə Qarabağa gəlişini alqışlayırıq. Buyurun lütfən, Sizlər də oxuyun. Cənab Pzeşkiyanın son çıxışı-
"Bizim ölkədə bir ana dilində təhsil problemi var. Bunu təkzib etmək doğru deyil. İran Azərbaycanında özünü türk adlandıranlara qarşı qəzəblənmək lazım deyil. Bu adamların ana dili Türk dili, etnik mənsubiyyəti türkdür. Özlərini başqa cür adlandıra bilməzlər, qondarma adlar isə qəbuledilməzdir.
Ana dilində təhsil İranın həm milli həm də beynəlxalq öhdəliyidir. Biz türk dilində təhsil məsələsinə xüsusi yanaşmalıyıq. Çünki bu İranın ayrılmaz parçası olan milyonlarla türkün ana dilidir".
"Türk dili Şəhriyarın danışdığı və yazdığı dildir. Bu dildə şeir deyərkən qəzəblənmək məntiqsizdir. Şəhriyar İran tarixinin ən dahi şəxsiyyətidir.
Ümumiyyətlə isə kürd, türk, ərəb və digər bütün dillər İranın ayrılmaz sərvətidir. Son 12 günlük müharibə göstərdi ki, İranın milli sərvəti onun milli birliyidir. Buna görə də insanların özünü ifadə etməsi onların təbii haqqıdır".

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol