Bu gün saat 04 radələrində Nərimanov rayonunda ölümlə nəticələnən qəza baş verib.
“AzPolitika” xəbər verir ki, qəza ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial media səhifəsində paylaşım edib.
Məlumatda deyilir ki, “Toyota” markalı avtomobillə skuterin toqquşması nəticəsində 23 yaşlı Abdulla Əliyev hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi skuter və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücülərini yol hərəkəti və təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
“AzPolitika.info”


Şərhlər