Menu

Mühafizəçi jurnalistin çiynini sındırdı - Siyasi qalmaqal + VİDEO

23.10.2026, 16:35
Mühafizəçi jurnalistin çiynini sındırdı - Siyasi qalmaqal + VİDEO

Bolqaristanda siyasi qalmaqala səbəb olan hadisə baş verib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, jurnalist Sonya Koltuklievanın ölkənin parlament sədrinə sual vermək cəhdi ciddi xəsarət alması ilə nəticələnib.

Bolqarıstan Milli Təhlükəsizlik Xidmətinin (MTX) zabitinin onu itələməsindən sonra jurnalistin çiyni sınıb. Jurnalist maşına minən Bolqarıstan parlamentinin sədri Mixaela Dotsovaya sual verməyə çalışaraq maşının qapısını açıb. Bu zaman mühafizəçi jurnalisti sərt şəkildə itələyib və o, səkiyə yıxılıb. Nəticədə qadının çiyni sınıb. Parlament sədri isə mühafizəçilərilə birgə hadisə yerindən heç nə olmamış kimi uzaqlaşıb.

Xəstəxana müayinəsindən sonra jurnalist evə buraxılıb, lakin hadisə böyük siyasi qalmaqala səbəb olub. Parlament sədri hadisəni qəbuledilməz adlandırıb, təəssüfünü bildirib və mühafizəçinin hərəkətlərinin araşdırılmasını tələb edib. MTX hərtərəfli araşdırmanın başlandığını elan edib və hərbi prokurorluğa məlumat verib. Mühafizəçinin özü dindirildikdən sonra saxlanılıb.

Bir neçə parlament partiyası Dotsovanı istefa verməyə çağırıb. Bolqarıstan Prezidenti İliana Yotova da mühafizəçilərin hərəkətlərini pisləyib və hadisə ilə bağlı ətraflı hesabat tələb edib.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol