Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında göyərtəsində azərbaycanlıların da olduğu ticarət gəmisinin batması nəticəsində bir nəfər həyatını itirib.
"AzPolitika" Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə məlumatı "Realitatea Plus" telekanalı yayıb.
Məlumata əsasən, yerli vaxtla saat 10:00-da Rumıniya Hərbi Dəniz Qüvvələrinə qəza siqnalı daxil olub. Gəminin göyərtəsində ümumilikdə 13 nəfər - 10 Ukrayna və 3 Azərbaycan vətəndaşı olub.
Hazırkı vaxtadək sudan doqquz nəfəri sağ çıxarmaq mümkün olub, bir nəfərin isə öldüyü bildirilir.
Əlverişsiz hava şəraiti axtarış-xilasetmə tədbirlərinin gedişatını çətinləşdirsə də, əməliyyatlar davam etdirilir. Gəminin hansı səbəbdən zədələndiyi hələlik məlum deyil. Onun neft məhsulları daşıya biləcəyi ehtimal olunur.


Şərhlər