Menu

Üç şəhərdə 82 kiloqram narkotik dövriyyədən çıxarıldı

23.10.2026, 16:04
Üç şəhərdə 82 kiloqram narkotik dövriyyədən çıxarıldı

Bakı, Gəncə və Sumqayıtda 82 kiloqram narkotik vasitə və 6365 ədəd narkotik tərkibli həbi dövriyyədən çıxarılıb.

Bu barədə "AzPolitika"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib.

Bakıda, eləcə də Gəncə və Sumqayıt şəhərlərində keçirilən tədbirlərlə Orxan Quliyev, Məhərrəm Seyidov, Mircəfər Abuşov, İsmayıl Məmmədov, Muraz Məmmədov, Mirzə Mənafov və Elvin Əliyev saxlanılıblar.

Onlardan ümumilikdə 82 kiloqram narkotik vasitə və 6365 ədəd narkotik tərkibli həb aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol