Menu

Salyanda avtoqəza - ölən və yaralananlar var

23.10.2026, 16:23
Salyanda avtoqəza - ölən və yaralananlar var

Salyanda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, avtoqəza rayonun Qırxşıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisədə bir nəfər ölüb, üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol