Menu

“Axmaq adamsan, kimin üçün işləyirsən?” - Tramp jurnalisti təhqir etdi - VİDEO

22.10.2026, 13:10
“Axmaq adamsan, kimin üçün işləyirsən?” - Tramp jurnalisti təhqir etdi - VİDEO

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə jurnalistlərlə kobud davarnıb. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Ağ Evin yaxınlığında jurnalistlərlə qarşılaşan Tramp Amerika mediasının üzvlərini açıq şəkildə təhqir edib. Onun bu hərəkəti ictimaiyyətdə qəzəbə səbəb olub.

Jurnalistin Rusiyaya qarşı sanksiyaların götürülməsinə dair sualı Prezident Trampın qətiyyən xoşuna gəlməyib.

“ABC News” müxbiri Amerika liderindən Moskvaya əlavə məhdudiyyətlər tətbiq etməkdən imtinanın amerikalı məhbusun azad edilməsi müqabilində Rusiyaya güzəşt olub-olmadığını soruşub. Tramp jurnalistin sözünü kəsərək onu təhqir etməyə başlayıb. "Sən axmaq adamsan. Kimin üçün işləyirsən?" deyə Tramp ondan soruşub. Cavab olaraq “ABC News”-un adını eşidən Tramp qəzəbini gizlədə bilməyib: "Sən axmaq adamsan. Yeri gəlmişkən, sizin şəbəkə də ən pisidir".

Qeyd edək ki, bu, Trampın jurnalistlərə qarşı ilk hücumu deyil. Bundan öncə dəfələrlə media nümayəndələrini təhqir edən Tramp son olaraq CNN jurnalisti Keytlan Kollinsi hədəfə almışdı.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol