Menu

Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olundu

23.10.2026, 17:26
Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olundu

Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.

"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyi məlumat yayıb.

Görüş zamanı “PCCI26”-nın 3-cü seminarının və “SEL1” təliminin uğurlu nəticələri müzakirə edilib.

Eyni zamanda, Azərbaycan-NATO tərəfdaşlığı çərçivəsində əməkdaşlığın gələcək perspektivləri, eləcə də “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli müzakirələr aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol