Menu

Bakıda piyadaların yolunu kəsən qanunsuz tikinti sökülür

23.10.2026, 17:49
Bakıda piyadaların yolunu kəsən qanunsuz tikinti sökülür

Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, 40 ünvanında piyada səkisində aparılan qanunsuz tikinti-quraşdırma işləri dayandırılıb.

"AzPolitika" bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sosial şəbəkələrdə yayılan videogörüntülər əsasında sözügedən ünvanda araşdırma aparıb.

Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq zamanı ərazidə şəhərsalma tələblərinin pozulduğu, piyadaların sərbəst hərəkətinə maneə yaradan qanunsuz tikinti-quraşdırma işlərinin aparıldığı müəyyən edilib.

Məsələ ilə bağlı müvafiq tədbirlər görülərək qanunsuz tikinti işləri dayandırılıb. Hazırda özbaşına quraşdırılmış konstruksiyanın sökülməsi və piyada səkisinin əvvəlki vəziyyətinə qaytarılması istiqamətində işlər davam etdirilir.

Komitə şəhərsalma norma və qaydalarına riayət olunması, ictimai məkanların qorunması, eləcə də rahat və əlçatan şəhər mühitinin təmin edilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə ictimai nəzarətin əhəmiyyətini qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol