Menu

Leninin movzoleyində pulemyotçular peyda olub - Kreml və ətrafı bu cür qorunur + VİDEO

24.10.2026, 11:08
Leninin movzoleyində pulemyotçular peyda olub - Kreml və ətrafı bu cür qorunur + VİDEO

Moskvada ilk dəfə Lenin Mavzoleyinin damında pulemyotçular peyda olub. Artıq Sovet dövründə baş katiblərin paradları qarşıladığı məqbərənin üzərində "dron ovçuları" dayanır.

“AzPolitika” xəbər verir ki, "VChK-OGPU" kanalı bu barədə görüntülər paylaşıb. Həmin şəxslərin vəzifəsi şəhərə, xüsusilə Kreml və ətraf ərazilərə hücum edən PUA-ları vurmaqdır.

Məlumata görə, Kreml qüllələrində də silahlı şəxslər yerləşdirilib. Həmçinin, Kremlin girişində zenit pulemyotları olan mobil atəş dəstələrinin zirehli maşınları yerləşdirilib.

Moskva vilayəti 23 oktyabrda və bundan əvvəlki günlərdə Ukraynanın böyük dron hücumuna məruz qalıb. Hücum Moskvanın hava limanlarında hərəkəti iflic edib.

Ümumilikdə, 2023-cü ildən bəri Moskva ətrafında 100-dən çox hava hücumundan müdafiə sistemi yerləşdirilib. 2025-ci ildə paytaxt yaxınlığında "Pantsir-S1" sistemləri olan əlavə 43 qüllə quraşdırılıb.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol