Bakı-Quba magistralında faciəvi yol qəzası baş verib

"AzPolitika"nın məlumatına görə, yol-nəqliyyat hadisəsi magistralın Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində paytaxt sakini Tural Əliyev həyatını itirib, daha bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Dünyasını dəyişən Tural Əliyev iqtisad elmləri doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Ümüdvar Əliyevin oğludur. 

Qeyd edək ki, mərhumun yas mərasimi bu gün Heydər Məscidində veriləcək.

Allah rəhmət eləsin!