Menu

Edam hökmünün ləğv olunduğu Pakistanda terrorçuların edamına başlanılacaq

20.12.2014, 14:07
Edam hökmünün ləğv olunduğu Pakistanda terrorçuların edamına başlanılacaq

Pakistan ordusu Mərkəzi Qərargahının sədri general Rahil Şərif siyasi və rəsmi dairələrə, eləcə də hökumət nümayəndələrinə qarşı hücumlarda ittiham edilən Osman və Ərşəd Mehriban adlı iki təhlükəli terrorçu barədə edam hökmünü imzalayıb.

SalamNews-un "Al Jazeera"ya istinadla verdiyi xəbərə görə, bu, Pakistanda son altı ildə verilən ilk edam hökmüdür.

Bildirək ki, bu ölkədə edam cəzası altı il əvvəl dayandırılıb.

BMT Pakistan hökumətini edam hökmlərinin icrasından çəkindirib. Ümumdünya təşkilatının İnsan Hüquqları ofisi həyata keçiriləcək edamların terroru dayandırmayacağı, əksinə, intiqam hislərini artıracağını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol