Moskvada keçmiş nəqliyyat naziri Roman Starovoytla vida mərasimi keçirilir.

“AzPolitika” xəbər verir ki, TASS-ın yaydığı məlumata görə, Mərkəzi Klinik Xəstəxanada keçirilən mərasimə 200-dən çox insan toplaşıb. Onların arasında Nəqliyyat Nazirliyinin yeni rəhbəri Andrey Nikitin, mədəniyyət naziri Olqa Lyubimova, Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri Maksut Şadayev, İqtisadi İnkişaf naziri Maksim Reşetnikov və digər rəsmi şəxslər var.

Prezident Vladimir Putin isə mərasimə qızılgüllərlə bəzədilmiş əklil göndərib.

Onun dəfn mərasimi isə iyulun 11-i baş tutacaq.

Nikitin jurnalistlərə deyib ki, o, Starovoytu “ləyaqətli insan” kimi xatırlayır.

TASS-ın məlumatına görə, intihar etmiş Starovoyt sabah Sankt-Peterburqdakı Smolenskoye qəbiristanlığında dəfn olunacaq.

“AzPolitika.info”