Menu

Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib? + FOTOLAR

10.07.2025, 16:04
Lavrov və Rubio arasında görüş olub  - Nə müzakirə edilib? + FOTOLAR

Malayziyanın paytaxtı Kuala-Lumpurda Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) çərçivəsində keçirilən beynəlxalq tədbirlər zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Marko Rubio arasında ikitərəfli danışıqlar baş tutub.

“AzPolitika” xəbər verir ki, danışıqların əsas mövzuları arasında beynəlxalq təhlükəsizlik, iqtisadi əməkdaşlıq, regional konfliktlərin həlli, habelə Cənub-Şərqi Asiya regionundakı vəziyyətin stabilləşdirilməsi məsələləri yer alıb.

Görüş 50 dəqiqə davam edib.

Görüş zamanı həmçinin Ukrayna münaqişəsi və digər regionlarda sülhün bərqərar olunması istiqamətində atıla biləcək addımlar haqqında fikir mübadiləsi aparılıb.

“AzPolitika.info”



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol