Azərbaycanın sabiq rabitə naziri Şamil Musayev vəfat edib.
Bakupost.az xəbər verir ki, bu barədə onun həmkarı, sabiq rabitə naziri Sirus Abasbəyli bildirib.
Ş.Musayev 82 yaşında dnyasını dəyişib.
O, 1990-1992-ci illərdə rabitə naziri vəzifəsini tutub.
Şamil Hacıağa oğlu Musayev 1943-cü ildə anadan olub. İxtisasca avtomatik elektrik rabitə mühəndisidir.
Əmək fəaliyyətinə Bakı elektrik-quraşdırma məmulatları zavodunda elektrik çilingəri kimi başlayıb. 1966-cı ildən 1976-cı ilədək “Azərsənayeelektroquraşdırma” trestinin Bakı Sənayerabitəquraşdırma İdarəsində mühəndis, böyük mühəndis, rəis müavini, baş mühəndis və rəis vəzifələrində işləyib. Şamil Musayev 1976-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsi rəisinin müavini təyin edilmiş, 1982-ci ildən Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri nazirinin müavini vəzifəsində çalışmışdır. 1989-cu ilin may ayından “Azərxüsusitikintiquraşdırma” ərazi-tikinti-quraşdırma birliyi rəisinin müavini olub.
1990-cı ilin aprel ayında Azərbaycan SSR rabitə naziri təyin edilib. O, bu vəzifədə 1992-ci ilin iyun ayınadək çalışıb.
Allah rəhmət eləsin!



Şərhlər
Qoy gənc rabitəçilər bilsin rəhmətlik Şamili İsa Qənbər dövlət başçısını əvəz edəndə işdən çıxartdı və yerinə sovetlərin dövründə Əfqanıstanda rabitə sahəsində işləyən Əbdül Qəhrəmanzadəni təyin etdi,bu adam həqiqətəndə həm rabitə sahəsindən həmdə idarəçilikdən xəbəri yox idi nazur müavinlərini Ömər Hüseynovu,Fuad Zeynalovu və İntiqam Bağırlını bi gündə işdən çıxartdı təkcə nazir müvini nadir əhmədovu saxladı bir ay çəkmədi rabitəçilər ayağa durdu onunla işləmədilər sonra rəhmətlik Elçibəy gəldi Siruz Abbasbəylini nazir təyin etdilər.
Allah Şamil Musayevi rəhmət etsin,ruhu şad olsun,bəle rabitəçilər ona hər zaman rəhmət oxuyacaqlar,çoxları bilmirlər rəhmətlik Şamilin atası və anasıda gözəl rabitəçi olublar,yaşlı nəsil rabitəçilər həmişə Şamilin atası Hacıağadan yaxşı insan və yaxşı rabitəçi olduğunu söyləyirdilər,doğurdanda qısa bir müddətdə Şamil Musayev rabitəçilərin rəğbətini qazandı,indidə sabahda ona rabitəçilər rəhmət oxuyacaqlar.
Allah rəhmət eləsin.
Allah rəhmət eləsin.Köhnə rabitə işçilərinin dediyinə görə çoc təmiz və ləyaqətli insan olub.