Azərbaycanda Vatikan səfirliyinin yaradılmasının vacibliyini qeyd edilib.
"AzPolitika" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Vatikan adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal Corc Ceykob Kuvakadla görüşdə bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikanın Azərbaycanda da nunsiaturasının (Vatikan səfirliyinin) yaradılmasının vacibliyini qeyd edib. O, Azərbaycanda bütün dinlər üçün bərabər və tamhüquqlu şərait yaradıldığını diqqətə çatdırıb.


Şərhlər