Menu

SOCAR-ın Türkiyədəki törəmə şirkəti səhmlərinin 30 faizini satıb

20.12.2014, 18:36
SOCAR-ın Türkiyədəki törəmə şirkəti səhmlərinin 30 faizini satıb

Türkiyənin PETKİM holdinqi özünün «Petlim Limançılıq» törəmə şirkətinin səhmlərinin 30 faizini ABŞ-ın iri kommersiya bankı «Goldman Sachs»a satıb.

AzərTAc xəbər verir ki, bu barədə məlumat Türkiyənin Cəmiyyəti Məlumatlandırma Platformasının (Kamuyu Aydınlatma Platformu) rəsmi saytında yer alıb.

«Petlim» səhmlərinin 30 faizi ABŞ tərəfinə 250 milyon dollara satılıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) PETKİM-in nəzarət səhm paketinin (61.32%) sahibidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol