Ukraynanın Rusiyanın paytaxtı Moskva və Sankt-Peterburqa zərbə endirməsi mənasızdır.
Bunu Ukraynanın keçmiş Xarici Kəşfiyyat Xidmətinin rəhbəri, ordu generalı Nikolay Malomuj bildirib.
Onun sözlərinə görə, Moskva və Sankt-Peterburqda çox güclü hava hücumundan müdafiə sistemləri mövcuddur və Sovet dövründən bəri buraya bir neçə müdafiə xətti qurulub. Buna görə də, bu istiqamətdə uğurlu zərbə endirmək üçün böyük miqdarda raket və dron tələb olunur.
General əlavə edib ki, bu cür zərbələr Moskva üçün yalnız siyasi addım ola bilər və real hərbi faydası azdır. Onun fikrincə, Ukraynanın əsas diqqəti Rusiyanın hərbi sənaye obyektlərinə yönəlməlidir. Bunlar raketlər və dronlar hazırlayan zavodlar, taktik və strateji aerodromlar, dronların start nöqtələri, eləcə də hərbi texnika və sursatların logistika yollarıdır.
“Əsas prioritet, Rusiyanın müdafiə sənayesini formalaşdıran obyektlərə zərbə endirməkdir. Moskva isə yalnız siyasi səbəblə vurula bilər, hərbi cəhətdən isə bunun bir mənası yoxdur”, — deyə Malomuj qeyd edib.
"AzPolitika.info"


Şərhlər