Menu

Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - QƏRAR

26.10.2026, 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - QƏRAR

“Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı” və “Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi Qaydaları” təsdiqlənib.

"AzPolitika"nın xəbərinə görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qərar 2026-cı il sentyabrın 15-dən tətbiq edilir.

Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı

Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:

Sıra№-siÜmumi təhsil müəssisələrinin növləriHər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı (manatla)
1.Tam orta ümumtəhsil məktəbi2000
2.Lisey2200
3.Gimnaziya2200
4.Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi2500
5.İnternat tipli lisey3000
6.İnternat tipli gimnaziya3000

Qeyd. Bu Sənədə əsasən müəyyən edilmiş məbləğlər baza məbləğlər olub, onlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi Qaydaları”na uyğun olaraq artım əmsalları tətbiq edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol