Menu

Daha bir dövlət husilərlə müharibəyə qoşulur

26.10.2026, 18:18
Daha bir dövlət husilərlə müharibəyə qoşulur

Yəməndən olan Husilərin hücumları fonunda Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi yardımın göstərilməsini təsdiqləyib.

Bu barədə "Əl-Qahirə əl-İhbariyə" telekanalı məlumat yayıb.

Qərara əsasən eskalasiyalar gərginləşəcəyi təqdirdə Misir Səudiyyə Ərəbistanına müdafiəyə dəstək məqsədilə hərbi kontingent göndərəcək.

Bundan əvvəl Misir parlamentində Səudiyyə Ərəbistanına hərbi dəstəyin göstərilməsi ilə bağlı qapalı müzakirələr aparılıb. Misir mediasının məlumatına görə, müzakirələr zamanı təxminən 500 deputat çıxış etmək üçün müraciət edib.

Misir Konstitusiyasının 152-ci maddəsinə əsasən, prezident Milli Müdafiə Şurası ilə məsləhətləşmədən və parlament üzvlərinin üçdə ikisinin razılığını almadan müharibə elan edə və ya silahlı qüvvələri xaricə göndərə bilməz.

Əs-Sisinin sədrlik etdiyi Milli Müdafiə Şurası ötən həftə bu təşəbbüsü təsdiqləyib. Əs-Sisi Səudiyyə Ərəbistanına hərbi dəstəyin yalnız müdafiə xarakteri daşıyacağını vurğulayıb.

Xatırladaq ki, hazırda Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı aktiv döpyüş əməliyyatları aparır. /Trend

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol